2020-2021 ci tədris ilinin I yarımili üçün qiymətləndirmə.

TN nin 18 yanvar tarixli "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası"nın icrasını və BŞTİ-nin qiymətləndirmənin düzgün,şəffaf və qərəzsiz aparılması ilə bağlı müvafiq təlimatlarını yerinə yetirmək məqsədi ilə 21-26 yanvar tarixlərində (bazar günü istisna olmaqla) şagirdlərin biliyinin qiymətləndirilməsi prosesi yerinə yetirilir.Əsasən "Virtual məktəb"platformasından istifadə edilir. İnternetə çıxışı olmayan,texniki imkanları məhdud şagirdlərə digər platforma seçimi və ya növbəti bir ay müddətində əyani formada məktəbdə qiymətləndirmədə iştirakı üçün şərait yaradılır.

Şagirdlərin qiymətləndirmə zamanı ekranları açıq saxlamaları təmin edilir və nəticələr 100 ballıq şkala ilə ölçülür.

Qiymətləndirmə qış tətilinə kimi (27 yanvar tarixinədək) davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi