PEDAQOJİ ŞURA İCLASI

22 yanvar tarixində Microsoft Teams platforması üzərindən növbəti pedaqoji şura iclası keçirildi.
İclasda "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası" və "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili" ,
TN və BŞTİ nin müvafiq əmr və sərəncamları , təlimati məktubları ilə bağlı direktor Tünzalə Zeynalovanın geniş məruzəsi dinlənildi.
Məruzələr ətrafında direktor müavinləri öz kurasiyaları üzrə konkret tapşırıq və tövsiyələri ilə çıxış etdilər.
Müəllimləri maraqlandıran suallar cavablandırıldı,"Qaydalar"ın aydın olmayan bəndləri ayrı-ayrılıqda izah edildi.Hər bir şagirdə həssas yanaşaraq qiymətləndirmənin düzgün,qərəzsiz və obyektiv aparılması tövsiyə olundu.
Sonra müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi