NƏRİMAN NƏRİMANOV-150

17 yanvar tarixində tarix müəllimi Yeganə Aslanovanın təşkilatçılığı ilə Azərbaycanın ictimai siyasi xadimi, yazıçı,publisist Nəriman Nərimanovun 150 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.

Tədbir görkəmli siyasi xadimə həsr edilmiş video-çarxın nümayişi ilə başladı.

Çıxış edən humanitar təmayül-10 c sinfinin şagirdləri Nəriman Nərimanovun həyat və fəaliyyətindən, "Hümmət" təşkilatından, əsərlərindən və müəmmalı ölümündən danışdılar.

Sonda məktəbin direktoru Nəriman Nərimanovun yerli azərbaycanlı əhalisinin güzəranını yaxşılaşdırmaq istəyindən ,Türkiyə-Azərbaycan münasibətlərinə böyük önəm verməyindən danışaraq tədbirin təşkilatçılarına təşəkkür etdi,şagirdlərə isə təhsil uğurları arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi