Əbdürrəhim bəy Haqverdiyev – 150

16 yanvar tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səidə Sideifzadənin təşkilatçılığı ilə dramaturq, pedaqoq, Azərbaycanın dövlət və ictimai - siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə çıxış edən 9B sinfinin şagirdləri yazıçının əsərlərindən nümunə gətirdilər, obrazlarını təhlil etdilər və əsərləri əsasında çəkilmiş filmlərdən danışdılar.
Tədbir boyu yazıçının həyat və fəaliyyətini əks etdirən video - çarx, təqdimatlar nümayiş etdirildi.
Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə mütaliə bacarıqlarını özlərində formalaşdırmağı, məktəb kitabxanasından faydalanmağı tövsiyə edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi