Valideyn iclasları.

09-11 yanvar tarixlərində məktəbin IX sinif şagirdlərinin valideynləri ilə sinif iclasları keçirildi.
Məktəbdə IX siniflər üzrə 9 sinif ( 6-Azərbaycan bölməsi, 3 -rus bölməsi) fəaliyyət göstərir.Onlarda 229 nəfər şagird təhsil alır.
İclasda iştirak edən məktəb rəhbərliyi və sinif rəhbərləri ümumi orta təhsil kursu uzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin virtual məktəb platformasında dərslərdə iştirakı vəziyyəti və qarşıda duran məsələlərdən danışdılar.
Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.