Vətən müharibəsinin şanlı qələbəsinə həsr edilən dərs.

30 dekabr tarixində 7ç sinif rəhbəri Şamama Nəcəflinin rəhbərliyi ilə Həyat bilgisi fənni Vətən müharibəsinin qələbəsinə həsr edildi.
Dərs Azərbaycan Respublikasının dövlət himninin şagird Hüseyn Əlizadənin pianoda ifası ilə başladı.
Dərs boyu şagirdlərin vətənpərvərlik ruhunda hazırladıqları təqdimatlar bir-birini əvəz etdi.Eyni zamanda şagirdlərin Vətən uğrunda qəhrəmanlıq göstərən oğullara ünvanladıqları rəsmlər də nümayiş etdirildi.
Sonda şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr edilmiş videoçarx təqdim olundu.
Azərbaycanın ərazi bütövlüyü daimidir!
Qarabağ Azərbaycandır!