Qarabağ Azərbaycandır!
29 dekabr tarixində BŞTİ nin F-233 nömrəli əmrini icra etmək məqsədi ilə silsilə tədbirlərin davamı olaraq 5a sinif rəhbəri Vəfa Əhmədovanın təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" adlı tədbir keçirildi.
Tədbirdə aprel döyüşlərinin iştirakçısı ,polkovnik leytenant ,II Qarabağ müharibəsinin başlandığı gündən xidmətə çağırılmış və 44 gün ərzində fəal iştirak edən qazi Hünbət Bünyadov da iştirak etdi.
O,Füzuli,Zəngilan,Cəbrayıl,Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdəki xoş təəssüratlarını şagirdlərlə bölüşdü.
Sonra 5a sinfinin şagirdləri Vətənə,şəhid və qazilərə,qəhrəmanlara ünvanlanmış ürək sözləri , şeirlər və kompozisiyalar nümayiş etdirdilər.
Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova və direktor müavini Aybəniz Qurbanova şagirdlərə təhsil uğurları diləyərək qazi Hünbət Bünyadovun timsalında müzəffər Azərbaycan ordusuna ,Silahlı Qüvvələrin Ali Baş Komandanına "dəmir yumruq" əməliyyatını uğurla başa vuraraq millətimizə zəfər sevinci yaşatdıqlarına görə minnətdarlıqlarını bildirdilər.Vətənpərvərlik ruhunda tədbirin əhəmiyyətindən danışaraq sinif rəhbərinə və valideynlərə təşəkkür etdilər.