AÇIQ DƏRS

22 dekabr tarixində informatika müəllimi Xəqanə Poladlının 10 f (rus bölməsi) sinfində "Model anlayışı.Modellərin növləri" mövzusunda açıq dərsi dinlənildi.
Müəllim modellərin növlərini əks etdirən görüntüdə "şəkildəki müxtəlif modellərə hansı dərslərdə rast gəlinir?" sualı ilə motivasiya quraraq mövzuya keçid etdi.
Modellərin növləri, MePP təqdimatı,Günəş sisteminin modeli ,müxtəlif elm sahələri və fənlərə inteqrasiya olunmuş model anlayışı tam şəkildə müzakirə edildi və tədqiqat işi aparıldı.
Sonda Vətən uğrunda canından keçən və ölümündən sonra " Azərbaycan bayrağı" ordeni , " Vətən uğrunda" medalı ilə təltif olunan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.