YOL HƏRƏKƏTİ QAYDALARI

22 dekabr tarixində məktəbin 5 c sinif rəhbəri Gülşən Əhmədovanın təşkilatçılığı ilə "yol hərəkəti qaydaları" mövzusunda sinif təşkilat saatı keçirildi.

Şagirdlər yol hərəkəti qaydaları haqqında qanundan, işıqfor,sürət nişanları ,yeraltı -yerüstü piyada keçidləri və onlardan istifadə qaydaları haqqında ətraflı məlumatlar verdilər.

Eyni zamanda yol hərəkəti qaydalarının insanların təhlükəsizliyinə xidmətini əks etdirən rollu oyunlar, şeirlər və mahnılar səsləndirdilər,videoçarx nümayiş etdirildi.Sonra qaydalarla bağlı qarşılıqlı suallar qoyuldu və cavablandırıldı.

Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdləri yol hərəkəti qaydalarına riayət etməyi, bu qanunun insanların təhlükəsizliyinə dair tələbləri bilməyə və yerinə yetirməyə,işıqforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və sürücülərinin siqnallarına tabe olmağı tövsiyə edərək tədbirin təşkilatçılarına və valideynlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi