Çağırışaqədərki hazırlıq fənni dinlənildi.
15 dekabr tarixində "Çağırışaqədərki hazırlıq " dərsi şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsinə həsr edildi.Məktəbin hərbi rəhbər müəllimi baş leytenant Babayev Şahin gənc nəslin Vətənin layiqli övladları kimi böyüməsində ,onlarda yurdsevərlik , doğma torpaq, milli mənəvi dəyərlər , vətəndaşı olduğu ölkəni ,dövləti qorumaqda , hərbi biliklərə yiyələnməkdə GÇQH fənninin əhəmiyyətindən danışdı.
44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında istifadə olunmuş müasir hərbi texnika, raket və artileriya qurğuları , hava hücum müdafiə sistemini əks etdirən təqdimatlar nümayiş etdirildi.
"Azərbaycan Ordusunun dünya hərb tarixində açdığı yeni səhifə" ilə bağlı məlumatlar digər fənlərin məzmununa da inteqrasiyası davam etdiriləcək