01 Dekabr-Ümumdünya QİÇS lə mübarizə günüdür.

30 noyabr tarixində məktəbin biologiya müəllimi Şamama Nəcəflinin təşkilatçılığı ilə "QİÇS dən qorunma yolları" mövzusunda onlayn tədbir keçirildi.

Çıxış edən məktəbin direktoru və fənn müəllimi XXI əsrin bəlalarından olan QİÇS in yayılma səbəblərindən,əlamətlərindən, bu dəhşətli xəstəliyin insanın immun sisteminə vurduğu ölümcül zərbəsindən, bəşəriyyət üçün doğurduğu fəlakətin miqyasından və bütün bunlara qarşı mübarizə yollarından danışdılar.

Sonra şagirdlərin QİÇS və zərərli vərdişlərlə bağlı hazırladıqları təqdimatlar, mövzu ətrafındakı divar qəzetləri,esselər,bukletlər, simvol və rəsm işləri iştirakçıkar tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi