Daim məğrurcasına dalğalan,Azərbaycan bayrağı!

Hər il 09 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Lakin 2020 ci ilin bu gününün başqa özəlliyi var.Ali Baş Komandanın mütəşəkkil siyasəti və mübariz ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan xalqı Qarabağın vuran ürəyi-Şuşanın işğaldan azad olunmasının sevincini yaşayır.
Bayramlar münasibəti ilə müəllimlər ayrı ayrı siniflərdə vətənpərvərlik ruhunda onlayn tədbirləri keçirirlər.Şagirdlərdə olan Vətən məhəbbətini gördükcə qürurlanır və onların valideynlərinə,müəllimlərinə təşəkkürümüzü bildiririk.
Yaşasın,Azərbaycan bayrağı!
Yaşasın,Ali Baş Komandan!
Yaşasın,Azərbaycan ordusu!