Zəfər çalan bayrağımız!

06 noyabrda tarixində müəllim və şagirdlərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət atributlarından,dövlətçilik rəmzlərindən biri olan Dövlət bayrağına həsr olunan “Zəfər çalan bayrağımız” adlı onlayn konfrans keçirildi.
Konfrasda çıxış edən I Qarabağ müharibəsi qazisi,kapitan,məktəbin hərbi rəhbəri Şahin Babayev,ehtiyatda olan polkovnik-leytenat,məktəbin direktor müavini Qabil Nəsibov,övladı cəbhə bölgəsində zabit olan məktəbin tarix müəllimi Yeganə Aslanova və məktəbin direktoru Tünzalə Zeynalova milli-mənəvi dəyərlərimizin qorunmasından,qədim mədəniyyətimizdən və dövlətimizin keçdiyi tarixi yoldan danışaraq hazırda Ali Baş Komandanın rəhbərliyi ilə mübariz ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda görülən mütəşəkkil işlərə aid öz xoş təəsüratlarını bölüşdü və şagirdlərə Vətənini sevməyi,tarixini dərindən öyrənməyi,tövsiyyə etdilər.
Şagirdlərin hazırladıqları şeirlər,kompozisiyalar,əsgərlərə ünvanladıqları ürək sözləri və müraciətlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.
Konfransın sonunda vətənpərvərlik ruhunda hazırlanmış video-çarx nümayiş olundu.
Eşq olsun Azərbaycan bayrağına!