Pedaqoji Şura №1
Sentyabrın 14-də onlayn formada 2020-2021-ci tədris ilinin 1№-li Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru Tünzalə Zeynalova “Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı”, BŞTİ-nin mövcud pandemiya qaydaları ilə bağlı əmr və sərəncamlarını pedaqoji şura üzvlərinə çatdırdı.
Daha sonra tam orta təhsil pilləsi üzrə X siniflər üzrə təmayüllər və adi siniflərin komplektləşməsi, müəllimlərin dərs yükü, fənn metodbirləşmə, sinif rəhbərlərinin və digər məsələlər ətrafında məruzələr və çıxışlar oldu.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi.