Xocalı faciəsinin 28-ci il dönümünə həsr olunmuş "Açıq dərs"
5"a" sinfində tarix müəllimi Şair Quliyev Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Açıq dərs" keçirdi. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllim bildirildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Faciənin canlı şahidi olmasalar da, eşitdiklərini uşaq təxəyyülü ilə rəsmlərə köçürüblər. Əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.
"Açıq dərs"də məktəbin tərbiyə işləri üzrə direktor müavini Qabil Nəsibov iştirak etdi.