Xocalı - əsrin faciəsi
Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə "Xocalı - əsrin faciəsi" adlı ədəbi-bədii gecə keçirildi. Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova, məktəbin tarix müəllimləri Məleykə Əliyeva,Esmiralda Zülfüqarova, Şair Quliyev iştirak etdi. Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olundu. Bildirildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilər xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırım törədib, günahsız insanların başına vəhşiliklər gətirib, dinc sakinləri kütləvi şəkildə öldürüblər.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Faciənin canlı şahidi olmasalar da, eşitdiklərini uşaq təxəyyülü ilə rəsmlərə köçürüblər.
Tədbirlərin təşkil olunmasının əsas məqsədi həlak olanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini yüksəltmək, Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaq, işğal altında olan torpaqlarımız haqqında şagirdləri məlumatlandırmaqdan ibarətdir.