Bir yurd vardı - Xocalı

 26 fevral 2020-ci il tarixində ilk dərs 4"a" 4"b"və 2"b" siniflərində Xocalı faciəsinə həsr olunmuşdur. 4"a" sinif rəhbəri Rəvanə Babayeva, 4"b" sinif rəhbəri Mənsurə Əhmədova və 2"b" sinif rəhbəri Kifayət Süleymanovanın rəhbərliyi ilə keçirilən dərslərdə bu tarixi gün haqqında  şagirdlərə məlumat verdilər.Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.

 Dərsdə məktəbin direktor müavini Əminə Həmzəyeva iştirak etdi.

 Şagirdlərin hazırladıqları şeirlər söylənildi,qəhrəmanlıq haqqında mahnılar ifa olundu. 

 Xocalı soyqırımı tarixin yaddaşından heç vaxt silinməyəcək və daim gələcək nəsillərə ötürüləcək və bu şəhid qanları yerdə qalmayacaq. 

 Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi