Xocalım, ay Xocalım!
26 fevral 2020-ci il tarixində ilk dərs Xocalı faciəsinə həsr olunmuşdur. 8"e" sinfində ilk dərs Azərbaycan dili oldu. Tədris edən fənn müəllimi Təranə Qasımova dərsi şəhidlərin xatirəsini anmaqla 1 dəqiqəlik sükutla yad edərək başladı. Bu gün haqqında şagirdlərə dolğun məlumat verərək bildirdi ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımı tarixin yaddaşından heç vaxt silinməyəcək və daim gələcək nəsillərə ötürüləcək və bu şəhid qanları yerdə qalmayacaq.
Şagirdlərin hazırladıqları referatlar dinlənildi.
Xocalı soyqırımı tarixin yaddaşından heç vaxt silinməyəcək və daim gələcək nəsillərə ötürüləcək və bu şəhid qanları yerdə qalmayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!