"Ümidli gələcək" Gənclər Təşkilatı qonağımız oldu

 "Ümidli Gələcək" Gənclər Təşkilatı məktəbin qonağı oldu.  "Ümidli Gələcək" Gənclər Təşkilatının əməkdaşı Bənövşə Tağıyeva və məktəbin psixoloqu Ləman Quliyeva şagirdlərlə görüşdü. Tədbirdə günümüzün qlobal problrmi olan "Koronavirus"la mübarizə üsullarından, ondan qorunma vasitələrindən danışıldı, tövsiyələr verildi. Daha sonra Bənövşə Tağıyeva yeniyetməlik dövrünün fiziki dəyişikliklərindən, yeniyetmə qızlar üçün menistural dövrdə yarana biləcək çətinliklərdən, onların aradan götürülməsi yollarından söhbət açdı. Məktəbin psixoloqu Ləman xanım yeniyetməlik dövrünün psixi problemləri, onların həlli yolların izah etdi. Verilən suallar cavablandırıldı. 

 Gigiyena mövzusunda bir sıra tövsiyələr verildi.Keçirilən seminar slaydlarla  şagirdlərə göstərilərək onların məsələni daha yaxşı mənimsənilməsini təmin etdi.

 Sonda şagirdlərə gigiyenik vasitələr hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi