Xocalı faciəsinin 28-ci il dönümü
Bu gün məktəbin kitabxanasında Xocalı faciəsini 28-ci ildönümünə həsr olunmuş "Xocalı faciəsi" adlı tədbir keçirildi. Kitabxana rəhbəri Nigar Süleymanova oxuculara bu gün haqqında dolğun məlumat verərək bildirdi ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Daha sonra şagirdlərin hazırladıqları referatlar dinlənildi.