Ana dilim - şirin dilim

  Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq məktəbin Akt zalında "Ana dilim - şirin dilim" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra aparıcılar  tədbiri açıq elan etdilər. Tədbirin təşkilində məktəb direktoru Rəşad Alcanov, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Qabil Nəsibov, məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Səidə Sideifzadə iştirak etdi. Məktəbin direktoru Rəşad Alcanov bu günün tarixi haqqında danışaraq qeyd etdi ki, Beynəlxalq Ana Dili Günü — ( UNECKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa imkan yaradır.

  Şagirdlər  tədbirlə bağlı hazırladıqları slaydları nümayiş etdilər, mahnıları ifa etdilər, şeirləri söylədilər.Alqış sədaları altında tədbir başa çatdı.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi