"Texniki fənlər aylığı" çərçivəsində "Kublar cəminin onluqlara ayrılması"
Bu gün "Texniki fənlər aylığı" çərçivəsində "Açıq dərs"lər keçirildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Fəxriyyə Orucova dərsdə iştirak etdi. 7"b" sinfində riyaziyyat müəllimi Nərgiz Ələkbərova "Kublar cəminin onluqlara ayrılması" mövzusunu şagirdlərə başa saldı.
Dərsdən sonra "Açıq dərs" pedaqoji heyət tərəfindən müzakirə olundu.