"Texniki fənlər aylığı" çərçivəsində"Təbiətdə azot dövranı"
"Texniki fənlər aylığı" çərçivəsində "Təbiətdə azot dövranı" mövzusunda məktəbin kimya müəllimi Nazilə Ələsgərova IX"ç" sinif şagirdləri ilə birlikdə "Açıq dərs" keçirdi.Açıq dərsdə məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanov və direktor müavini Fəxriyyə Orucova iştirak etdi.
Təcrübə zamanı torpaqdakı və dənizdəki azotun bakteriyalar iştirakı ilə parçalanması nəticəsində, Bitki və heyvan orqanizmlərinin çürüməsi, yanacaqların yandırılması nəticəsində sərbəst azot atmosferə verildi.
Atmosferdə elektrik boşalmaları zamanı, paxlalı bitkilərin köklərində olan bakteriyalar vasitəsiə N2-nin mənimsənilməsi nəticəsində, sənayedə gübrələrin alınması zamanı isə sərbəst azot atmosferdən çıxarıldı. azotlu gübrələrin verilməsi nəticəsində, bakteriyalar vasitəsilə sərbəst azotun mənimsənilməsi nəticəsində, bitki və heyvan orqanizmlərinin çürüməsi nəticəsində əlaqəli azot torpağa verildi.