Açıq dərs
Bu gün 4"q" sinfində "Açıq dərs" keçirildi. 4"q" sinif rəhbəri Vəfa Həsənova "Tutumun ölçülməsi " mövzusunu şagirdlərə izah etdi.Açıq dərsdə ibtidai siniflər üzrə direktor müavini H.Əminə, ibtidai sinif müəllimi Rəvanə Babayeva iştirak etdilər və dərsi dinlədilər.
Müəllim şagirdlərdə motivasiya yaratmaq üçün fiqurlardan istifadə etdi, açar sözlər vasitəsilə şagirdlərdə bu gün keçiləcək mövzu haqqında təsəvvür yaratmış oldu. Şagirdlər maraqla müəllimlərini dinlədilər.
Dərsdən sonra dərs pedaqoji heyət tərəfindən müzakirə olundu.