"Texniki fənlər aylığı" çərçivəsində "Alternativ enerji"
"Texniki fənlər aylığı" çərçivəsində "Alternativ enerji" mövzusunda məktəbin fizika müəllimi Nəcibə İbrahimova IX"c" sinif şagirdləri ilə birlikdə məktəbin foyesində "Alternativ enerji" adlı sərgi nümayiş etdilər. Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühüt çirklənmədən (torpaq, hava, su) qorumaq üçün Alternativ enerjimənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ,Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək Alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İESvə SES-dan istifadənin ətrag mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarlnı, (sularını) atmosferini daha çox çirkləndirir. Bu stansiyaların tikintisi ucuz başa gəlsədə ekoloji baxımdan çox çirkli sahədir. SES-nın tikintisi baha başa gəlsə də anbarların tikintisi bəndlərin salınması, sudan, istifadə edilməsi ətraf mühitin çirklənmədən qoruyur.