Valideynlərlə görüş
Məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanov valideynlərlə görüşdü.O bildirdi ki, sinif rəhbərinin fəaliyyətində valideynlərlə aparılan pedaqoji iş mühüm yer tutur. Bu istiqamətdə onun işinin əsas mərkəzini valideynlər – ata-analar arasında pedaqoji bilikləri müntəzəm təbliğ etmək və ailə tərbiyəsi məsələləri, ailədə uşaqları düzgün tərbiyə etmək üsulları ilə onları maarifləndirmək təşkil edir. Belə ki, valideynlərin hamısı pedaqoji təhsilli deyildirlər, onlar müxtəlif peşələrin sahibləri olduqlarından pedaqoji təhsil almamışlar. Buna görə də valideynlərə ailədə uşağı düzgün tərbiyə etmək üsulları barədə müntəzəm elmi məlumatların və nəzəri-pedaqoji biliklərin verilməsi zəruruidir.
Məktəbin işini daha da yaxşılaşdırmaq tədbirləri haqqındakı bəzi qərarlar valideynlər arasında pedaqoji biliklərin hər vasitə ilə, xüsusən də, mətbuat vasitəsilə və şifahi yolla təbliğinin yaxşılaşdırılmasını tələb edir və bu istiqamətdə müəyyən faydalı tədbirlərin görülməsini qarşıya əməli vəzifə qoymuşdur. Bu sahədə sinif rəhbəri bir sıra mühüm işlər görür və həyata keçirir. O, ilk növbədə, öz sinfinin valideynlərini məktəbə dəvət edib, sinif valideyn yığıncağı keçirir və orada şagirdlərin təlim- tərbiyəsi işləri sahəsində valideynlərin vəzifələrini, onların məktəblə, müəllimlərlə müntəzəm əlaqə saxlamasının, vaxtaşırı məktəbə gəlib öz uşaqlarının təlim müvəffəqiyyəti, dərslərə davamiyyəti, tərbiyə işləri ilə yaxından maraqlanmasının və tanış olmasının əhəmiyyətini onlara izah edir, bu istiqamətdə valideynlərə müəyyən tapşırıqlar, məsləhətlər və tələblər verir.
Valideynləri maraqlandıran sualları Rəşad müəllim cavablandırdı.