Məktəb direktorunun şagirdlərlə mütamadi görüşü
Direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanov IX-XI sinif şagirdləri ilə mütamadi olaraq söhbətlər aparır.Qarşılıqlı söhbətlər zamanı Rəşad müəllim qeyd etdi ki,
peşə və ixtisas seçimi hər bir gəncin həyatında ən önəmli qərarlardan biridir. Müasir dünyanın tələbinə uyğun olaraq ixtisas insanın xarakterinə, fiziki və psixi potensialına uyğun olmalıdır.Bu məsələdə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar şagirdlərin həm bilik səviyyəsinə, həm də xarakterinə yaxşı bələddirlər. Əsas məqsədi şagirdlərin ixtisas seçiminə kömək göstərməklə yanaşı, bu işdə düzgün istiqaməti tapmaqda müəllimlərə də yardımçı olmaqdır. Eyni zamanda şagirdləri qəbul imtahanının birinci mərhələsinə psixoloji olaraq hazırlamaq, ixtisas seçimlərində istiqamət və motivasiya verməkdən ibarətdir.
Rəşad müəllim həmçinin bildirdi ki, şagirdlər dərslərə vaxtında və davamlı gəlsinlər, məktəb formasına diqqət yetirsinlər.