Sinif rəhbərləri ilə görüş
Məktəbin konfrans zalında direktor səlahiyyətlərini müvəqqəti icra edən Rəşad Alcanov 8,9.10,11-ci siniflərin sinif rəhbərləri ilə görüş keçirdi. Görüşdə bir çox məsələlər müzakirə olundu.Direktor qeyd etdi ki. məktəb işi çoxsahəlidir. Uşaqların təlim-tərbiyəsi də bu sahələrdən biridir. Məktəbdə təlim-tərbiyə işini müvəffəqiyyətlə həyata keçirmək üçün direktor sinif rəhbərlərindən ən yaxın köməkçi kimi istifadə etməlidir. Sinif rəhbərləri də bütün məktəb rəhbərləri, xüsusən direktorla sıx əməkdaşlıq etməlidir. Sinif rəhbərləri ilə iş direktorun idarəetmə fəaliyyətinin əsas istiqamətlərindəndir və bununla əlaqədar olaraq cari məsələlər, şagirdlərin davamiyyəti, qayıbları, geyim məsələləri və başqa məsələlər sinif rəhbəri ilə müzakirə olundu.
Bildirildi ki, sinif rəhbərləri təkcə şagirdlərin tərbiyə işi ilə deyil,həmçinin onların təlim işi ilə də maraqlanmalıdır. Ona görə də sinif rəhbərləri fənn müəllimləri və valideynlərlə daim söhbət aparmalı,fənn müəllimlərinin dərslərində iştirak edib, sinifdə təlimin keyfiyyəti ilə maraqlanmalıdır.