Məktəbimizin 8 Ç sinfin şagirdi Tamerlan Babayev “Future Intelligence Students Olympiada”sında (FİSO) Dubayda ölkəmizi təmsil edəcək Qlobal Raundun finalçıların siyahısındadır.
O, həmçinin Azərbaycan səviyyəsində keçirilən raundda gümüş medal qazanaraq finala vəsiqə qazanıb.
Məktəbimizin 8 C sinif şagirdi Abbas Əliyev idmanın kikboksinq növü üzrə bir sıra şəhərlərarası, ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək, ölkəmizi təmsil etmiş, diplom, medal və kəmərlərə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğur və nailiyyətlərinin davamını arzulayırıq.