Yubileyləri olan müəllimlər güllər və fəxri fərmanlarla təltif olundular

Məktəbin direktoru Sevinc Budaqova tərəfindən 2024-2025-ci tədris ilinin yekunu ilə əlaqədar müəllimlər otağıda iclas keçirildi. İclasda məktəbin kollektivinə əldə etdikləri uğurlara, tədris ili ərzində göstərdikləri peşəkarlığa görə təşəkkür edildi. Həmçinin yubileyləri olan müəllimlər güllər və fəxri fərmanlarla təltif olundular.
Bununla yanaşı qarşıdan gələn Son zəng tədbiri ilə əlaqədar görülən tədbirlərlə, 11.06.2025-ci il tarixindən etibarən hər həftənin çərşənbə axşamı saat 14:30-dan 16:30-dək məktəbdə vətəndaş qəbulunun həyata keçiriləcəyi ilə, sənədləşmə işlərinin düzgün aparılması ilə əlaqədar məlumatlar verildi. Sonda kollektivə xoş istirahətlər arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi