Məktəbimizin 8 C sinif şagirdi Abbas Əliyev idmanın kikboksinq növü üzrə bir sıra şəhərlərarası, ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək, ölkəmizi təmsil etmiş, diplom, medal və kəmərlərə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğur və nailiyyətlərinin davamını arzulayırıq.
Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1-4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və yeniyetmələr yarışında uğurlu nəticələr qazanıblar. Məktəbimizin 8Ç sinif şagirdi Oqtay Hüseynov da uğur qazanan yeniyetmələrdəndir. Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal qazanıb.
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə yarışlar çox gərgin mübarizə şəraitində keçib.
Şagirdimizi təbrik edir, nailiyyətlərinin davamını azrulayırıq