“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyev və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eyni zamanda müharibə qurbanı olmuş uşaqların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib.

 Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”na dair uşaqlar tərəfindən irəli sürülən təkliflərin müzakirəsi keçirilib, uşaq hüquqları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

 Məktəbimizin 10 A sinif şagirdi Rəvan Mədədov da tədbirdə iştirak edən Uşaq Səfirlərin arasında idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi