Kiçik Akademiyanın yekun iclasi keçirildi

12 iyun tarixində Kiçik Akademiyanın yekun iclası keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri, Kiçik Akademiyanın rəhbəri və üzvləri iştirak edirdi. İclasda il boyu görülən işlər müzakirə olundu. Həmçinin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar keçirilən referat-yazı müsabiqəsində fərqlənən Kiçik Akademiya üzvləri təşəkkürnamələrlə təltif olundular.