Şagirdin uğuruMəktəbin 8 "A" sinif şagirdi Bilqeys Ağahüseynova "5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxs tərəfindən Zəfər tariximizə həsr olunmuş "Yolumuz Qarabağdır!" layihəsində fəal iştirak etdiyinə görə sertifikata layiq görülüb. Şagirdi bu münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.
III yerin qalibiMəktəbin X "A" sinif şagirdi Hacıyeva Fidan Rəhman qızı Nəsimi rayon məktəbliləri arasında 27 sentyabr Anım Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!-İşğaldan azad olunmuş torpaqlarımız" mövzusunda keçirilən inşa yazı müsabiqəsində 14-18 yaş qrupunda III yerə layiq görüldüyünə görə "Diplom"la təltif olunub. Şagirdi təbrik edir, ona uğurlar arzulayırıq.
Şagirdimiz diplomla təltif olunubMəktəbin 4 "B" sinif şagirdi Mikayılzadə Aytən Elçin qızı "Golden Kids Fashion"un 16 oktyabr 2022-ci il tarixində keçirdiyi uşaq model yarışmasının qalibi olduğuna görə "Diplom"la təltif olunub.