Fəxri məzun Nəsimi TağızadəMəktəbin "Zəfər tarixi" olimpiadası qalibi, Respublika Fənn Olimpiadaları qalibi, məktəb tədbirlərinin təşkilində xüsusi çıxışları ilə fərqlənən iştirakçısı, muğam ifaçısı məktəbin 11"A" sinif şagirdi Tağızadə Nəsimi İsmayıl oğlu tam orta təhsilini XÜSUSİ NÜMUNƏLİ ATTESTAT VƏ QIZIL NİŞANLA bitirmişdir. Şagirdi, fəxri məzunu Nəsimi Tağızadəni təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Şagirdin uğuruMəktəbin 5 "B" sinif şagirdi Xəlilli İbrahim Elnur oğlu Gənclər və İdman Nazirliyinin keçirdiyi karate yarışı üzrə Azərbaycan çempionatında öz çəki və yaşıdları arasında I yeri tutduğuna görə diplomla təltif olunub. Şagirdi təbrik edir, ona uğurlar arzulayırıq.
Növbəti uğurMəktəbin 7 "B" sinif şagirdi Osmanov Tofiq Orxan oğlu Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, H.H Boks və Döyüş Növləri Klubunun birgə keçirtdiyi Budo Döyüş Növləri üzrə 5 mart Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş açıq çempionatda I yer tutduğuna görə diplomla təltif olunub.