Şagirdin uğuruMəktəbin 11"A" sinif şagirdi Xəlilova Günel Qədir qızı Çin Xalq Respublikasının Shenzen şəhərində yerləşən Harbin Texnologiya Universitetinə Computer Science & Technology ixtisası üzrə tam təqaüdlə qəbul olmuşdur. Şagirdi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Fəxri məzun Nəsimi TağızadəMəktəbin "Zəfər tarixi" olimpiadası qalibi, Respublika Fənn Olimpiadaları qalibi, məktəb tədbirlərinin təşkilində xüsusi çıxışları ilə fərqlənən iştirakçısı, muğam ifaçısı məktəbin 11"A" sinif şagirdi Tağızadə Nəsimi İsmayıl oğlu tam orta təhsilini XÜSUSİ NÜMUNƏLİ ATTESTAT VƏ QIZIL NİŞANLA bitirmişdir. Şagirdi, fəxri məzunu Nəsimi Tağızadəni təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Şagirdin uğuruMəktəbin 5 "B" sinif şagirdi Xəlilli İbrahim Elnur oğlu Gənclər və İdman Nazirliyinin keçirdiyi karate yarışı üzrə Azərbaycan çempionatında öz çəki və yaşıdları arasında I yeri tutduğuna görə diplomla təltif olunub. Şagirdi təbrik edir, ona uğurlar arzulayırıq.