Gürcüstanda Gimnastrada yarışlarında I yerMayın 9-11-də Gürcüstanın Tiflis şəhərində keçirilən "Gimnastika hamı üçün" növü üzrə Gimnastrada yarışlarında məktəbimizin fiziki tərbiyə müəllimi Rəna Manafova ölkəmizi uğurla təmsil edərək I yerə layiq görülüb. Onun bu uğuru həm fərdi, həm də məktəbimizin idman sahəsindəki nailiyyətlərini bir daha təsdiqləyir.
Rəna müəllimi təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!
Şahmatçılar komandalararası turnirdə I yerMayın 7-də məktəbin dərsdənkənar məşğələ saatlarının "Şahmat" bölməsinin şagirdləri-Abbaszadə Nəzrin, Abou alnasr Yousef, Ağayev Mirzə, Nəcəfli İsrafil, Rzayev Abbas və Quliyev Mehdi Ulu Öndər Heydər Əliyevin 102-ci illiyinə həsr olunmuş “Şahmat zehnin açarıdır” adlı yarışda iştirak ediblər. Yarış mərkəzin şahmat dərnəyinin üzvləri arasında komandalararası formatda təşkil olunub.
Şagirdlər yarışda yüksək peşəkarlıq və komanda ruhu nümayiş etdirərək turnirin qalibi olub, I yerə layiq görülüblər. Qalibləri təbrik edir, onlara gələcək yarışlarda da uğurlar arzulayırıq!
Voleybol turnirində 3-cü yerUlu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş voleybol üzrə ABAD məhəllələrarası turnirdə məktəbin şagirdləri 3-cü yerə layiq görülüblər. Şagirdləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.