10”A” sinfində narkomaniya ilə bağlı müzakirə
Noyabrın 28-də məktəbin həkimi Aytəkin Nurullayeva 10”A” sinfi ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici müzakirə keçirib.
Həkim çıxışı zamanı bildirib ki, XX əsrin bəlası olan narkomaniya narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Çox az insan özünü bu pis vərdişdən qurtara bilir. Ona görə də çalışmaq lazımdır ki, narkotik və ya psixotrop maddələrdən istifadə etməyək.