8”B” sinfində dövlət rəmzləri barədə söhbət aparılıb
Noyabrın 26-da məktəbin tarix müəllimi Vüsal Qafarov 8”B”sinfi ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq “Azərbaycan dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti” barədə söhbət aparıb.
Söhbət zamanı Azərbaycan dövlət rəmzləri haqqında məlumat verilib. Konstitusiyada dövlət rəmzlərinə ayrılan maddə barədə müzakirə aparılıb. Şagirdlər rəmzlərin mənalarını izah ediblər.