"Bullinq" haqqında söhbət

14-15 noyabr tarixlərində məktəbin akt zalında direktor, psixoloq, təlim-tərbiyə işləri üzrə direktor müavini və UBTR-i tərəfindən V-IX sinif şagirdləri arasında "Bullinq" haqqında təlim keçirilib.
Məktəbin direktoru Leyla Baxşıyeva şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verib.
Şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş “Mənimlə danış” kampaniyasının videoçarxı göstərilib və bu mövzuda müzakirə aparılıb.