8”C” sinfinə “dəyirmi masa” keçirilib

Noyabrın 14-də məktəbin illik Fəaliyyət Planına əsasən riyaziyyat müəllimi Həcər Əliyeva 8”C” sinfi ilə birlikdə “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda “dəyirmi masa” keçiriblər. “Dəyirmi masa”da şagirdlərdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibət yaradılıb.

Müzakirə zamanı ideologiyanın cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradıcılığı qeyd edilib. Daha sonra azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı haqqında danışılıb. Qeyd edilib ki, H.Əliyevin sayəsində dövlətçilik hissi güclənib.

“Dəyirmi masa”da daha sonra şagirdlərin mövzu barədə fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi