Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə "dəyirmi masa"

Noyabrın 7-də məktəbdə böyük Azərbaycan yazıçısı, dramaturq və pubisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa” məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova tərəfindən təşkil edilib.

Məktəbin 8”A”və 8”B” sinif şagirdləri C.Məmmədquluzadənin keçdiyi mənalı ömür yolundan fəxrlə danışıblar. Hazırlanmış slaydda onun həyat və fəaliyyəti işıqlandırılıb. Şagirdlər ədibin oxuduqları dram əsərlərini təhlil edib, gəldikləri qənaəti müzakirə ediblər.

Daha sonra ədibin hekayələrini oxumuş şagirdlər bu əsərlərdəki yazıçı qayəsini təhlil ediblər. Şagirdlərdən Mədinə və Ayxanın iştirakı ilə C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı haqqında geniş məlumatları dinlənilib. Jurnalın Azərbaycan ictimai həyatındakı rolu, “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında geniş məlumat verilib.

Tədbirdə iştirak edən məktəb rəhbərləri şagirdlərin nümayiş etdirdiyi bilikləri bəyənib və rəğbətləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi