8”A” sinfində təqdimat keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15730299225dc288225c2b78.59523335.jpg)
Noyabrın 6-da məktəbin 8”A” sinfində "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti" haqqında təqdimat keçirilib.
Təqdimat zamanı biologiya müəllimi Nuranə Abbasova plastik qablaşdırmanın təbiətə, bitki və heyvanlar aləminə vurduğu ziyan barədə şagirdlərə məlumat verib. Onların əvəzində parçadan olan materialların daha da çox işlədilməsinin vacibliyini qeyd edib.