Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı inşa müsabiqəsi
Oktyabrın 31-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Məmmədova tərəfindən böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar “Cəlil Məmmədquluzadənin əsərlərində dini fanatizmin tənqidi” mövzusunda inşa müsabiqəsi keçirib. Müsabiqədə yuxarı sinif şagirdləri iştirak ediblər.