6”B” sinfində dəyirmi masa
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15725217215dbac6f9137ac9.06204274.jpg)
Oktyabrın 29-da məktəbin 6”B” sinfinin şagirdləri “Zəngilan rayonunun işğal günü”nə aid dəyirmi masa keçiriblər. Dəyirmi masada sinif rəhbəri Rumiyə Mustafayeva çıxış edərək, Zəngilan rayonunun tarixi, əhalisi, təbiəti, maddi-mənəvi abidələri haqqında şagirdlərə ətraflı məlumat verib.
Daha sonra Zəngilan rayonunun işğalının Azərbaycan Respublikasına, dünya təbiətinə vurduğu ziyan haqqında müzakirə aparılb. Riyaziyyat müəllimi Sevinc Hacıyeva şagirdlərə Zəngilan rayonunun Milli Qəhrəmaları haqqında məlumat verib.