2 Aprel 2016-cı il tarixində baş vermiş hadisələrə münasibət

2016-cı il aprel ayının 2-si Azərbaycan xalqının qələbə sevincini yaşadığı və tarixin səhifəsinə düşəcək bir gün kimi yaddaşımıza yazıldı. Ali baş komandanımız İlham Heydər oğlu Əliyevin çox əminliklə, özünə və sözünə güvənərək bu hadisələr haqqında çıxışı Azərbaycan millətində, cinsindən asılı olmayaraq böyük bir ruh yüksəkliyi yaratdı. Biz dünya ölkələrinə bir daha göstərdik ki, heç kəsin torpağında silah atıb, qan tökmək fikrində olmamışıq, sadəcə olaraq öz torpaqlarımızı qorumaq gücünə və qüvvətinə malik bir ölkələr sırasındayıq. Biz bu qələbəni asan yaşamadıq. 12 şəhid, yüzlərlə yaralının qanı bahasına əldə etdik. Amma bu itki 12 ailənin yox, 10 milyon Azərbaycan xalqının həm dərdi, həm də qürur mənbəyinə çevrildi. Xalqımızda torpaqlarımızı azad etmək üçün çox böyük ruh yüksəkliyi var. İnşallah, tezliklə Qarabağ torpağı yağı düşmən tapdağından azad olacaq, öz milləti üçün, həmvətənliləri üçün darıxan Azərbaycan torpağı, saf, təmiz, niyyəti düz, əməli düz xalqını öz qoynuna alacaq.Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından məktəbimizin direktoru Samirə xanım Əkbərova yekunda bütün şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etdi, və bu fikirlə tədbiri yekunlaşdırdı.Şəhid anası, göz yaşlarınızı sildiyiniz əllərdən 10 milyonluq Azərbaycan xalqı öpür. Başını dik tut, şəhid anası! Oğullar ya qazı olur, ya şəhid.Siz şəhid anasnız, fəxr edin..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi