“Beynəlxalq Ahıllar Günü“ adlı tədbir

1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü“ kimi qeyd olunur. Bu münasibətlə 44 nömrəli məktəb də ahıllarımızı unutmayıb və bu günü təntənəli surətdə qeyd edib.

Məktəbin direktoru Leyla Baxşıyeva gələn qonaqları təqdim edərək onlara söz verib. İcra başçısının müavini Gülarə xanım, Ağsaqqallar Şurasının sədri Aydın müəllim  bu gün münasibətilə ahıllarımızı təbrik ediblər. 91 yaşlı Ağababa baba maraqlı həyat yolundan danışıb.

Tədbir konsert proqram ilə davam edib. Balaca şagirdlərin yaratdığı obrazlar hamı tərəfindən yaxşı qarşılanıb. ”Qoğal” və “Turp” nağıllarında olan baba və nənə obrazları ailələrin ahıllara olan ehtiyacını bir daha sübut edib.

 Yaşlı insana kömək etmək hər birimizin borcudur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi