"31 Mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş dəyirmi masa keçirilib

Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə “31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə məktəbin şagird və müəllimləri, Azərbaycan Dillər Universitetinin dosenti Qəmbərov Vaqif Agasəf oğlu iştirak etmişdir. İlk olaraq məktəbin direktoru Samirə Əkbərova çıxış edərək Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələri haqqında danışmış, şagirdlər isə müxtəlif dövrlərdə xalqımıza qarşı aparılan soyqırım və terror hadisələri barədə öz fikirlərini söyləmişlər. Tədbirin sonunda məktəbin tarix müəllimləri və Azərbaycan Dillər Universitetinin dosenti şagirdləri maraqlandıran suallara cavab vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi