Məktəbdə “Bilik günü” keçirilib

Sentyabrın 16-da məktəbdə “Bilik günü” keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Leyla Baxşıyeva açıb. Leyla xanım məktəbin XI siniflərinin 2018-2019-cu tədris ilindəki uğurundan danışıb. O, məktəbə yeni qədəm qoyan I sinifləri və valideynləri təbrik edib. Bütün şagirdlərə uğurlar arzulayıb.
Daha sonra Nəsimi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Bəybala Quliyev şagirdlərə uğurlarının davamlı olmasını arzulayıb.
Tədbirin sonunda I siniflər ilk zəngi səsləndiriblər. İlk dərs saatı ibtidai siniflərdə “İdman və sağlamlıq” mövzusuna, V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzusuna həsr olunub.