Məktəbdə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də məktəbdə 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Kərimov, məktəb rəhbərliyi, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Leyla Baxşıyeva çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan  işlər barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik ediblər və onlara müstəqil həyatda uğurlar arzulayıblar.

Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara veriblər, bu ilki birincilərə hədiyyələr təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi